Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir. Bu maddədə dəyişikliklərdən əvvəl qeyd olunurdu: "Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü var".Qanunda həmçinin qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.Həmçinin vurğulanır ki, Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.
Mənbə: ANS PRESS