Xalq artisti Muxtar Maniyevin vəziyyəti pisləşib. Bu barədə ANS PRESS-əTopçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun reanimasiya şöbəsindən verilib. Hazırda onun vəziyyəti orta ağırdır.
“Muxtar Maniyev xəstəxanamıza səhər saatlarında gətirilib. Hazırda reanimasiyadadır. Ona sağ aşağı ətraflarında trofik xorası (qidalanmır) diaqnozu qoyulub. Bundan başqa, o, şəkərli diabet, mikro, makro, angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir”, - deyə tibb işçisi bildirib.Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Azərbaycanın kino aktyoru, Azərbaycanın xalq artistidir. O, 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb.Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. "İnsan məskən salır" filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də filmin konflikti məhz onun üzərində qurulub. Hazırda aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
Mənbə: ANS PRESS