Qadin.NET / Müsəlman ölkəsi niqabı qadağan edir

Müsəlman ölkəsi niqabı qadağan edir

 

Müsəlman ölkəsi niqabı qadağan edir

Misir hökuməti qadınlara niqabı qadağan etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, artıq parlamentarilər bu geyim formasını qadağan edən yeni qanun layihəsi üzərində işləyir.

 

Qadağa hökumət müəssisələrində və ictimai yerlərdə işləyən xanımlara şamil ediləcək.Əl-Əzxar universitetinin professoru hüquqşünas Amna Noseir bildirib ki, pərəncə də İslamda vacib buyurulmur və müsəlmanlarla heç bir bağlılığı yoxdur.Xanım Amna vurğulayıb ki, bu geyim Ərəbistan yarımadasında İslama qədər yaranan yəhudi adət-ənənəsinin nümunəsidir. Quranda pərəncə örtülməsi barədə heç nə deyilmir. Professor həmçinin onu da qeyd edib ki, qadınlar ciddi, qapalı geyinə və saçlarını örtə bilərlər, lakin üzü bütünlüklə örtmək vacib deyil.

Mənbə: ANS PRESS

10 mart 2016
GO BACK