Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir PutinDağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskovjurnalistlərə açıqlamasında deyib.
"Qarışıq bir regionla qonşu olmaq bizə və qonşularımıza sabitlik vəd etmir. Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və digər mühüm mövzular müzakirə olunacaq”,-deyə Preskov bildirib.Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Vladimir Putinlə görüşəcəyi gözlənilir. Məlumata görə, Moskva Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan ciddi narahatdır.
Mənbə: ANS PRESS