Qadin.NET / Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb

Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb

Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.

Milli.Az Azərtac-a istinadən bildirir ki, Albaniyanın birinci xanımı Odeta Nişanini Bakıda görməkdən şad olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırdı.Odeta Nişani Foruma dəvətə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini deyərək paytaxtımızın onda xoş təəssürat yaratdığını vurğuladı.

Mənbə: Milli.Az

10 mart 2016
GO BACK