Qadin.NET / Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər

Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər

Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Ötən il ərzində respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən müəllimlər aşkar edilib.

Milli.Az Lent.Az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Təhsil Nazirliyinə daxil olmuş məktuba əsasən, ötən il respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən 555 pedaqoji işçi tutduğu vəzifədən azad edilib. 
Həmin kontingent müxtəlif ixtisaslı və müxtəlif illərdə işə qəbul edilən müəllimlərdir.
Həmin təhsil sənədlərinin böyük əksəriyyəti hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib. 

Mənbə: Milli.Az

 

10 mart 2016
GO BACK