Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, slində isə mobil telefonları qeydiyyatdan keçirməyin daha asan yolu var. Elektron hökumət portalına daxil olmaqla bunu etmək mümkündür.Bunun üçün istifadəçi e-xidmətlərin siyahısından ''Mobil cihazların qeydiyyatdan keçirilməsi'' xidmətini seçir. Bu zaman sistem vətəndaşın fərdi identifikasiya və şəxsiyyət vəsiqəsinin seriya nömrələrini, həmçinin təhlükəsizlik kodu və mobil cihazın IMEI kodunu tələb edir. Fərdi identifikasiya nömrəsi, yəni FİN kod dedikdə şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla sonrakı 7 rəqəm və hərfdən ibarət kod nəzərdə tutulur. İMEİ kodu isə *#06# kombinasiyasını yığmaqla əldə edə bilərsiz. Bundan sonra ''Məlumatları yoxla'' düyməsi seçilir. Daha sonra istifadəçi mobil telefon nömrəsini ərizəyə daxil edir. Mobil cihazın qeydiyyatdan keçirilməsi isə ödənişlidirƏrizədə göstərilən xidmətin istifadəsi üçün tələb olunan məbləğ onlayn şəkildə ödənildikdən sonra elektron ərizə avtomatik olaraq Mobil Cihazların Qeydiyyat sisteminə göndərilir. Bu mərhələdən sonra 24 saat ərzində mobil cihaz qeydiyyata alınır. Telefonunuzun qeydiyyatda olub-olmadığı isə İMEİ nömrəsini yazaraq 1677-yə sms göndərməklə və ya 1677 çağrı mərkəzinə zəng etməklə öyrənə bilərsiniz.
Mənbə: Milli.Az