ANS PRESS-in məlumatına görə, bu barədə həmsədr öz “Twitter” səhifəsində yazıb.
"Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Tiflisə gəldim", - Ceyms Uorlik yazıb.Uorlik bundan əvvəl Dağlıq Qarabağ münaqişəsini Vaşinqton, London və digər ölkələrdə müzakirə edib. Hələ ki, müzakirələrin nəzərəçarpan bir nəticəsi olmayıb.Uorlik mütəmadi olaraq Qarabağ münaqişəsi haqqında “Twitter”də paylaşımlar edir. O, bir müddət əvvəl bildirmişdi ki, Dağlıq Qarabağ problemi "dondurulmuş" münaqişə deyil. “Mən inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük”, - deyə Uorlik bildirdi.Uorlik həmçinin Karnegi Fondunda çıxışı zamanı bildirmişdi ki, hУ™rtУ™rəfli hУ™llin bir hissУ™si kimi Dağlıq Qarabağ У™trafındakı 7 rayon AzУ™rbaycanın nУ™zarУ™tinУ™ qaytarılmalıdır. “Həllin digər vacib elementi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olacaq. Bu elementləri özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq prezidentlər üçün çox vacibdir”.Həmsədrin bu açıqlaması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılması ilə bağlı yayılan məlumatlardan sonraya təsadüf edir.
Amma Sergey Lavrov 7 rayonun qaytarılması ilə bağlı planların olmadığını bildirdikdən sonra Uorlik bu məsələni bir daha gündəmə gətirməyib.
Mənbə: ANS PRESS