Qadin.NET / "Şarapovanın bütün titulları geri alınmalıdır"

"Şarapovanın bütün titulları geri alınmalıdır"

"Şarapovanın bütün titulları geri alınmalıdır"
Dünyanın keçmiş “birinci raketkası” ABŞ tennisçisi Cennifer Kapriati rusiyalı Mariya Şarapovanın dopinq qəbul etməsi ilə bağlı etirafına münasibət bildirib.

Bu barədə Kapriati özünün “Twitter” mikrobloqunda yazıb: “Məncə, əgər bütün bunlar həqiqətdirsə, bütün titullar geri alınmalıdır. Bu, həm də başqa insanların həyatıdır”.Qeyd edək ki, 8 il üçün "Nike" firması ilə Şarapova arasında 70 milyon dollarlıq sponsorluq müqaviləsi imzalanmışdı. M.Şarapova dünyanın ən zəngin idmançıları arasında yer alır.O, idmandan əlavə çox sayda reklam çarxlarında da rol alır. "Forbes"in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub.

Mənbə: ANS PRESS

 

9 mart 2016
GO BACK