Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə mətbuata açıqlamasında rəsmi Moskvanın Azərbaycana silah satmasından narazı olduğunu deyib. “Rusiya bizimlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq edir. Həmçinin ən yaxın müttəfiqimizdir. Biz məmnun deyilik ki, müttəfiqimiz Rusiya Azərbaycana silah satır. Azərbaycan isə az qala hər gün bizi yeni müharibə ilə hədələyir”, - deyə Nalbadyan bildirib.
Mənbə: ANS PRESS