Lindsli adlı 26-yaşlı qadının uşaqlığında ciddi patologiya var idi ki, qadında heç bir müalicəyə tabe olmayan sonsuzluq inkişaf etmişdir. Lindslinin hətta süni mayalanmanın köməyi ilə hamilə qalmaq şansı yox idi.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Qadın 3 uşağı övladlığa götürüb.
26 fevral 2016-ci ildə Klivlend Klinikasında unikal əməliyyat keçirilib. Lindsliyə qəfildən ölən cavan qadının uşaqlığı köçürülüb. Əməliyyat 9 saat davam edirdi.
Hal hazırda Lindsli xüsusi müsalicə kursu keçirir.
Həkimlərin fikirinə görə, 1 ildən sonra qadın hamilə qala bilər.
MedicalXpress xəbər verir ki, hal hazırda Klivlend klinikasında 9 belə əməliyyatın keçirilməsi planlaşdırılır.
İlk dəfə uşaqlığın köçürülməsi əməliyyatı İsveçrədə baş tutub. Bir neçə belə əməliyyat keçirilib. Bu əməliyyatların nəticəsində 4 sağlam uşaq dünyaya gəlib.
Mənbə: Milli.Az