ANS PRESS-in məlumatına görə, iclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.
Kanadanın sabiq baş naziri Jan Kretyen çıxış edərək Şuranın yaranma tarixindən və məqsədindən danışıb. O deyib ki, belə qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir. Plenar iclasda həmçinin Yunanıstan, Norveç, Ukrayna, İrlandiya,Macarıstan, Kolumbiya, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr vəYamaykanın sabiq dövlət və hökumət başçıları iclasa qatılıb.IV Qlobal Bakı Forumda iştirak edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko isə bildirib ki, bu forum dünyada sülhün və sabitliyin təminatına öz töhfəsini verir. "Azərbaycan regionda lider dövlətdir. Ölkədə inkişaf üçün ciddi imkanlar və güclü potensial var. Bu əlverişli şərait belə nüfuzlu tədbirlərin keçirilməsi üçün imkanları yaradır", - deyə sabiq prezident bildirib.
İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin də çıxışında iclasın tezliklə baş tutacaq IV Qlobal Bakı Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin əsas müzakirə mövzusu olduğunu qeyd edib. İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər.
Mənbə: ANS PRESS