Qadin.NET / Qadınların heç sevmədiyi hədiyyələr

Qadınların heç sevmədiyi hədiyyələr

 Qadınların heç sevmədiyi hədiyyələr
Daha dərindən düşünsəniz əksər kişilər qadınların əslində nə istədiyini heç vaxt anlamırlar, hətta bütün ömrünü o, qadınla keçirmiş olsalar belə. Odur ki, kişilər bayram günlərində nə hədiyyə edəcəkləri barədə təlaşa düşürlər.

Hətta  gül seçimində belə qərar verə bilməyən kişilərin 45%-i əmindir ki, 8 mart da bütün qadınlar qızılgül almağı xəyal edir. Lakin keçirilən sorğu nəticəsində məlum olub ki, əslində qadınların 40%-i zanbaq gülünü daha çox sevir.Elə kişilər var ki, artıq hədiyyə seçə bilmədikləri ilə barışaraq sadəcə pul verməklə kifayətlənir. Lakin unutmayın ki, qadınlar hədiyyə paketi açmaq zövqünü çox böyük qiymətləndirirlər. Yetər ki, onlara aşağıda adlarını çəkdiyimiz hədiyyələri verməyin.ANS PRESS-in keçirdiyi kiçik sorğu nəticəsində məlum oldu ki, qadınlar bu 3 tip hədiyyələri almağı əsla sevmirlər.

1. Bu hədiyyələrə suvenirlər, yumuşaq oyuncaqlar, müxtəlif heykəlciklər daxildir.
2.Digər bir qrupa isə müxtəlif qida tipli hədiyyələr-tort, şokolad və s daxildir.
3.Bu qrupa isə cehiz əşyaları daxildir ki, əksər qadınlar üçün bu hədiyyələri almaq arzu edilən deyil.

Cehiz tipli hədiyyələrin evdə qalaraq bir işə yaramadığını düşünən qadınlar daha çox ehtiyac olan hədiyyələrin alınmasını məqbul hesab edirlər. Digər tərəfdən zaman keçdikcə hər şey dəyişdiyi kimi cehizlərin də dəbdən düşdüyü söylənilən fikirlər arasındadır.Şirniyyat, yəni qida tipli hədiyyələri sevməyən qadınlar daha çox bunu onunla əsaslandırırlar ki, bu hədiyyələr yeyildiyi üçün bayramdan heç bir xatirə qalmır. Bayramı xatırladacaq kiçik olsa da yadigar qala biləcək bir hədiyyəyə üstünlük verirlər.Bəzən heç bir anlam verə bilmədikləri heykəllər, suvenirlər aldıqlarını deyən bəzi xanımlar isə anlamsız suveniriləri uğurlu seçim hesab etmir. Ondansa daha çox işə yarayacaq bir hədiyyəni məqbul hesab edirlər.Rusiyalı psixoloqlar xanımlara bayram günlərində tozsoran, qabyuyan maşını kimi elektrik məişət əşyalarının hədiyyə edilməsinin məsləhət görmürlər.Ən əsası isə hədiyyənin böyüyü, kiçiyi olmur, əsas odur ki, gözəl xanımların üzündə kiçik də olsa sevincə səbəb olasınız.

Mənbə: ANS PRESS

 

8 mart 2016
GO BACK