Qadin.NET / Məşhur futbolçudan anasına qeyri-adi 8 Mart hədiyyəsi

Məşhur futbolçudan anasına qeyri-adi 8 Mart hədiyyəsi

Məşhur futbolçudan anasına qeyri-adi 8 Mart hədiyyəsi
"Mançester Yunayted"in futbolçusu Memfis Depayın "Vest Bromviç"lə oyunda geyindiyi butslar marağa səbəb olub.

Milli.Az Publika.Az-a istinadən bildirir ki, hollandiyalı futbolçu meydana güllü butslarda çıxıb. O, sosial şəbəkədə yazdığı statusda güllü butsları anasına həsr etdiyini bildirib. Depay bu hərəkətiylə anasının 8 Mart bayramını təbrik edib:
"Yeni butslar. Bunlar sənə görədir, ana! Bayramın mübarək! Hər şeyə görə sağ ol".
Depay qarşılaşmanın 75-ci dəqiqəsində meydana çıxıb. Görüş isə "Mançester Yunayted"in məğlubiyyətiylə başa çatıb - 0:1.

Mənbə: Milli.Az

8 mart 2016
GO BACK