Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov Azərbaycanda ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kələğayı sənəti haqqında məlumat verib. O, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatılrladıb.A.Kərimov bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.
Mənbə: ANS PRESS