Qadin.NET / Azərbaycanda qadın hərbçilərin sayı artıb

Azərbaycanda qadın hərbçilərin sayı artıb

Azərbaycanda qadın hərbçilərin sayı artıb
"Ötən illərlə müqayisədə Azərbaycan Ordusunda xidmət edən qadın hərbçilərin sayı artıb".

Bunu Milli.Az-ın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnikVaqif Dərgahlı deyib.Müdafiə Nazirliyinin sözçüsü bəyan edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində xidmət edən qadın hərbi qulluqçuların sayı artaraq artıq 1000 nəfəri ötüb.V.Dərgahlı bildirib ki, hazırda Silahlı Qüvvələrin bütün birlik, birləşmə və hərbi hissələrində qadınlar əsasən rabitə, tibb, tədris və kadr, eləcə də artilleriya, kəşfiyyat, beynəlxalq hərbi əməkdaşlıq və arxa cəbhədə xidmət keçirlər: "Son illər əsasən təminat sahələrində, xüsusən hərbi qulluqçular üçün qidaların hazırlanması işində qadınların sayı artıb. Hazırda Silahlı Qüvvələrdə əsgər, çavuş və gizirlərlə yanaşı, leytenantdan tutmuş polkovnik rütbəsinədək zabit qadınlara rast gəlmək olar".Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən, Azərbaycanda 19 yaşından 40 yaşınadək qadınlar əsgərlərin, matrosların və çavuşların müddətdən artıq, həmçinin gizirlərin və miçmanların,  ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək qadınlar isə  zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil ola və qəbul edilə bilərlər

Mənbə: Milli.Az

8 mart 2016
GO BACK