Gəlin bərabər diqqət edək:
1. Sarmaşıq (həmişə yaşıl növü)- çox növü var. Əsasən şəhər yerlərində bina evlərinin həyətlərinə əkirlər ki, həyət görünməsin. Bu bitkinin yarpaqları və meyvəsi çox zəhərlidir. Ürək problemi olanlara çox təhlükəlidir.
2. Rododendron simsa - insanı sudurğaya sala bilər.
3. Həmişə yaşıl şümşad - yarpaqları çox acıdır, təhlükəlidir. Qıcolmalar və ya ürək dayanması ilə nəticələnə bilər.
4. Nəfəsotu - bütün hissələri zəhərlidir.
5. Trixosereus - bütün hissələri acıdır, nəticəsi ifliclə bitə bilər.
6. Alp bənövşəsi - ən zəhərli yerləri toxumları və kökləridir. Bu gül də sudurğa yarada bilər.
7. Durman - Bütün hissələri zəhərlidir. Tənəffüs yollarının iflici, koma və ölümlə nəticələnə bilər.
8. Difenbaxiya - bütün hissələri zəhərlidir. Toxumları daha təhlükəlidir, ifliclə nəticələnə bilər.
9. Dioskoreya - bütün hissələri zəhərlidir, xüsusilə kökləri. Tənəffüsün dayanması və ölümlə nəticələnə bilər.
10. Brunfelsiya - bu bitkinin bütün hissələri zəhərlidir, əsasən də kökləri. Tənəffüsü çətinləşdirir. Astma xəstəlikləri evdə saxlamaları məsləhət deyil.
11. Novruzgülü - bütün hissələri zəhərlidir, əsasən soğanaqları. İfliclə nəticələnə bilər.
12. Şişman adenium - bu bitkinin şirəsi zəhərlidir.
13. Nar - bütün hissələri, meyvəsindən başqa zəhərlidir. Mədə qanaxmasına, qıcolmalara səbəb ola bilər. Yaxşı olar ki, nar üzəndə əlinizə əlcək taxasınız.
14. Şişman kotiledon - əsasən yarpaqları zəhərlidir, qıcolma və ifliclə nəticələnə bilər.
15. Adi oleandr - bütün hissələri zəhərlidir. 1 yarpağındakı zəhərin miqdarı adamı öldürə bilər.
16. Gənəgərçək - ən zəhərli toxumlarıdır, qanlı ishal, hətta ölüm yarada bilər.
17. Passiflora - meyvəsindən başqa bütün hissələri zəhərlidir, ifliclə nəticələnə bilər.
18. Paxipodium - bütün hissələri zəhərlidir, ifliclə nəticələnə bilər.
19. Рђmarillis beladonna - xüsusilə başı zəhərlidir, qədimdə zəhər kimi oxlarının ucunu sürtülürdü.
20. Kliviya miniata - yarpaqları çox zəhərlidir.
21. Damarlı sauromatum - bütün hissələri zəhərlidir, ifliclə nəticələnə bilər.
22. Podaqra yatrofa - bütün hissələri zəhərlidir.
23. Yapon gərməşovu - bütün hissələri zəhərlidir. Zəhəri qıcolma törədir və iflic edir.
24. Dəyişkən aqlanoema - bütün hissələri zəhərlidir.
25. Şaxəli qlorioza - bütün hissələri zəhərlidir, əsasən kökləri. İfliclə, nəfəs yollarının daralması ilə nəticələnə bilər.
Bu bitkilər gözəldi, lakin onları evdə saxlamaq və əlcəksiz toxunmaq olmaz. Həmçinin körplərin otağına bu bitkiləri qoymaq məsləhət deyil. Yaxşı olar ki, bağda əkilsin, özü də kənarda.
Mənbə: ANS PRESS