Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib. ANS PRESS-in məlumatına görə, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Ölkəmizi təmsil edən Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şahanə Hacıyeva (44 kq) qızıl, Raşxan Baxışəliyev (50 kq) və Yaqub Cavadov (60 kq) gümüş, Fərid Qəzənfərov (50 kq) və Yaşar Nəcəfov (55 kq) isə bürünc medal qazanıblar.Elvin Mirzəyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Fəridə Səfərova (52 kq) 5-ci yerlə kifayətlənməli olublar.Mehdi Zeynalov (50 kq) isə 7-ci olub.Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivinə 8 medal (4 qızıl, 2 gümüş və 2 bürünc) yazdıraraq komanda hesabında birinci yerdə gedir.Azərbaycan idmançıları fevral ayının 28-də Avropa kubokunda iki medal qazanıb. Həmin gün Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın ikinci günü Azərbaycan milli komandası aktivinə 2 medal yazdırmağı bacarıb.
Mənbə: ANS PRESS