Qadin.NET / Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib

Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib

Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstanın ali ordeni ilə təltif edilib. ANS PRESS-in məlumatına görə,  Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.Macarıstanın Baş naziri mərasimdə çıxış edib və daha sonra ordeni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edib. Birinci xanım Mehriban Əliyeva Baş nazir Viktor Orbana təşəkkürünü bildirib.Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib. Onun bu gün Azərbaycan prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək daha sonra geniş tərkibdə görüşü olub. Bu gün həmçinin baş nazirin səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.Bir müddət əvvəl Mehriban Əliyevaya ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev fondu tərəfindən "İlin Adamı" mükafatı təqdim edilib.Mehriban Əliyeva bu mükafatla “Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna,  Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində  göstərdiyi  genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətlərinin inteqrasiyası istiqamətində  gördüyü işlərə,  ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.

Mənbə: ANS PRESS

 

7 mart 2016
GO BACK