Qadin.NET / Sabah qar yağacaq

Sabah qar yağacaq

 

Sabah qar yağacaq

Sabah bəzi rayonlarda qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.  Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18,  dağlarda gecə 3-6,  gündüz 6-9 dərəcə isti olacaq.Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Martın 6 və 7-si gecə və səhər paytaxt və yarımadada şimal-qərb küləyinin güclənəcəyi, 6-sı axşam və 7-si arabir yağış yağacağı ehtimalı var, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.Azərbaycan rayonlarında martın 6-da qərb rayonlarından başlayaraq ayın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 6-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək .

Mənbə: ANS PRESS

5 mart 2016
GO BACK