Türkiyənin baş naziri Əhməd Davudoğlu Tehranda İran qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini müzakirə edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Artıq Türkiyə baş nazirinin İran səfəri başlayıb.
Diplomatik mənbələrdən verilən məlumatda bildirilir ki, Davudoğlu 5 əsas məsələni müzakirə edəcək. Qaz nəqli ilə yanaşı İrana sərmayə qoyuluşu, enerji kəmərləri, Suriya münaqişəsi və PYD qruplaşmasının fəaliyyətinin müzakirə olunacağı gözlənilir. Rəsmi Ankara İranın təbii qazın qiymətlərini aşağı salacağı halda əlavə “mavi yanacaq” nəqlinin mümkün olacağını açıqlamışdı. Həmçinin İran qazı TANAPvasitəsi ilə Avropaya nəql edilə bilər. Çünki Rusiya ilə gərgin münasibətlər səbəbindən Avropa yeni enerji mənbələri axtarır.Həmçinin Türkiyənin baş naziri Mövlud Çavuşoğlu Yunanıstanda həmkarı Nikos Kotziasla görüşü zamanı bildirib ki, bu gün ən real enerji layihəsi TANAP və onun davamı olan TAP layihəsidir.Çavuşoğlu qeyd edib ki, Azərbaycanla birlikdə TANAP-ı nəzərdə tutulan vaxtdan əvvəl bitirmək üçün işləri sürətləndirmişik.Ümumilikdə, Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalından sonra rəsmi Ankara TANAP-ın tikintisinə marağı daha da artırıb. Çünki Türkiyə Rusiyanın nə vaxtsa qaz nəqlini dayandıracağından narahatdır. İki ölkə arasında münasibət gərginləşdikdən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib. Hər iki rəsmi şəxsin Azərbaycan səfəri zamanı əsas müzakirə mövzularından biri TANAP qaz boru kəmərinin tikintisi olub. Davudoğlu Bakı səfəri zamanı bildirmişdi ki, TANAP layihəsi qarşılıqlı etibar sayəsində həyata keçirilir.
Mənbə: ANS PRESS