Qadin.NET / Xərçəngi bir iynə ilə müalicə etmək olacaq

Xərçəngi bir iynə ilə müalicə etmək olacaq

 

Xərçəngi bir iynə ilə müalicə etmək olacaq

Böyük Britaniyalı alimlər xərçənglə mübarizədə inqilabi kəşf etdiklərini iddia edirlər. ANS PRESS-in BBC-nin məlumatına görə, alimlərin təklif etdiyi üsulun mahiyəti insan orqanizmində yaranan şişlərin “ən zəif” yerini tapıb immun sistemini həmin hissə ilə mübarizəyə yönləndirməkdir.

 

Bu mübarizə üsulu barədə daha əvvəllər danışılsa da London universitetinin alimləri bəyan edir ki, onlar xərçəngin “zəif” hissələrinin tapılması mexanizmini təkminləşdiriblər.Araşdırmanın nəticəsi olaraq bildilrir ki, hər bir xərçəng xəstəliyi növünə ayrıca yanaşmaq lazımdır. Hər bir şiş hüceyrəsinin tətqiqatının təcrübədə baha başa gələcəyini diqqətə çatdıran alimlər bu sahədə son illər ümidverici nəticələrin əldə olunduğunu bildirib.Yeni müalicə üsulunun kliniki sınaqlarını alimlər yaxın iki ildə keçirməyi planlaşdırır.

Mənbə: ANS PRESS

5 mart 2016
GO BACK