ANS PRESS-in məlumatına görə, həmsədr “Twitter” səhifəsində bildirib ki, ştat qanunvericilərinin qərarları ABŞ-ın xarici siyasətini əks etdirmir.“Ştat qanunvericilərinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”, - Uorlik bildirib.ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal qətnaməyə reaksiya verib.XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ-ın qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir.
Mənbə: ANS PRESS