1 ayda 10 kiloqram ,40 gündə 17 kiloqram vs...Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, son zamanlar bu tipli reklamlar sosial şəbəkələrdə geniş yayılıb.Tez bir zamanda arıqlamağa yönələn bu reklamların tələsinə isə bir çox insanlar düşür.Elə Türkiyədəki bu gənc qız kimi. Arıqladıcı çaylardan istifadə edən qızın qısa zamanda arıqlamaq istəyi ölümü ilə nəticələnib.Ölkəmizdə də bu reklamlara inanıb, həmin çaylardan istifadə edənlərin sayı kifayət qədər çoxdur. Əslində isə bu çayların sağlamlığa zərərləri də mövcuddur.Həkimlərdə bu tip çaylardan istifadəni düzgün hesab etmirlər. Sağlam çəki atmaq üçün müyyən müddət lazımdır. Birdən birə verilən kilolar insan orqanizmi üçün böyük fəsadlara gətirib çıxara bilər. Hətta insan həyatına belə son qoya bilər.
Mənbə: Milli.Az