Las-Veqasda keçirilən dünya çempionatından sonra Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, güləşçimiz Rəsul Çunayev erməni əsilli rəqibi Ukrayna təmsilçisi Armen Vardanyanı geridə qoyaraq zirvəyə yüksəlib.
Ümumiyyətlə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Gümüş medalçımız Rövşən Bayramov (59 kq) ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. Qardaş ölkənin 2 təmsilçisi Selçuk Cəbi (80 kq) və Riza Kayaalpda (130 kq) öz çəkilərində dünya lideridir.
Mənbə: ANS PRESS