Qadin.NET / Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı

Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı

 

Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı

SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı kommersiya qazının qiymətini aşağı salır. Qiymət 1000 kub metrə görə 35-40 dollar salına bilər. 2012-ci illə müqayisədə Gürcüstanda qaz istehlakı 40 faiz artıb. Məhz bu da alınan qazın həcminin artırılmasına səbəb olub. Bundan başqa SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. 

 

Saat 14:25

Gürcüstanın energetika naziri Kaxa Kaladze və SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 saziş imzalanıb. Birinci müqavilə Qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir və bu sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, «SOCAR Gas Export-Import» MMC-nin direktoru Zaur Quliyev imzalayıb.
Qaz alqı-satqı müqaviləsinə dəyişikliklərin edilməsi barəsində olan ikinci sazişi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb.  
Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, "SOCAR Georgia Gas" MMC-nin Direktoru Azər Məmmədov və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzlayıb.
SOCAR və "SOCAR Georgia Gas" MMC arasında qaz alqı-satqısı barədə müqaviləni isə Rövnəq Abdullayev və "SOCAR Georgia Gas" MMC-nin direktoru Azər Məmmədov imzalayıb.

Mənbə: ANS PRESS

4 mart 2016
GO BACK