Ukraynalı pilot Nadejda Savçenko aclıq elan edib. Savçenko Rusiyaməhkəməsinin onun barəsində qərar çıxarmaqdan növbəti dəfə imtina etməsindən sonra belə bir addım atıb.Məhkəminin gedişi Savçenkonun qəzəbinə səbəb olub. Onun vəkili də hakimlərə etiraz edib məhkəməni şou adlandırıb.
Prokurorlar Savçenkoya 23 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edirlər.Savçenko 2014-cü il iyunun 17-də rusiyalı jurnalistlərin ölümündə ittiham olunur.İstintaqın məlumatına görə 2014-cü il iyunun 17-də Luqansk vilayətinin Stukalova Balka qəsəbəsində Ukrayna ordusu Nadejda Savçenkonun verdiyi koordinatlara minomyot zərbəsi endirib və nəticədə rusiyalı jurnalistlər Anton Voloşin və İqor Kornelyuk həlak olub.Nadejda Savçenko isə onun hadisədən əvvəl huşsuz vəziyyətdə Ukrayna ərazisindən çıxarılaraq Rusiyanın Voronej şəhərinə gətirildiyini iddia edir.Ukrayna prezidenti Pyotr Poroşenko Nadejda Savçenkonun azad olunmasını Rusiya qarşısındakı əsas şərtlərdən biri kimi irəli sürür. O, Savçenkonu 2015-ci il martın 2-də Ukrayna xalqı qarşısındakı xidmətlərinə görə Ukraynanın Milli Qəhrəmanı adı ilə təltif edib. Savçenko, eyni zamanda, qiyabi olaraq Ukrayna parlamentinə üzv seçilib
Mənbə: ANS PRESS