Akademikimiz Rusiya akademiyası tərəfindən təltif edildi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb. SOCAR mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, ötən gün SOCAR-ın Baş ofisində medalın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasınınvitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru İbrahim Quliyev çıxış edərək bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini görkəmli Azərbaycan alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi, akademik Azad Mirzəcanzadənin adına təsis edib.
Mənbə: ANS PRESS
4 mart 2016
GO BACK