Qadin.NET / Prezident iki icra başçısını işdən çıxardı

Prezident iki icra başçısını işdən çıxardı

 

Prezident iki icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev iki rayonun icra başçıslarını işdən çıxarıb. ANS PRESS-in məlumatına görə, dövlət başçısı icra başçıları haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Növbəti sərncamla isə Akif İsmayıl oğlu Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Məlumat üçün əlavə edək ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin yanvar ayında sosial şəbəkədə videosu yayılmışdı. O, toplaşan bir qrup adamı təhqir edib, onları söyüb. Daha sonra açıqlama verən sabiq icra başçısı işlətdiyi “köpəkoğlu” sözünü öz qohumuna dediyini bildirib. "Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar".

Mənbə: ANS PRESS

4 mart 2016
GO BACK