Qadin.NET / İlham Əliyev onlara xəbərdarlıq etmişdi

İlham Əliyev onlara xəbərdarlıq etmişdi

 

İlham Əliyev onlara xəbərdarlıq etmişdi

Vəzifəli şəxslər qanunu pozurlarsa, vəzifə borclarını yerinə yetirə bilmirlərsə, mütləq cəzalandırılacaqlar. ANS PRESS-in məlumatına görə, bunu AZƏRTAC-a Laçın və Cəbrayıl rayon İcra hakimiyyətlərinin başçılarının prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad edilməsinə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.Z.Nağdəliyev qeyd edib ki, prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoymuş və qeyd etmişdir ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək.

 

Onun sözlərinə görə, əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərmişdir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmamışlar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad edilmişlər.Onlar öz fəaliyyətlərini prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər.Z.Nağdəliyev vurğulamışdır ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirmişlər və nəticədə rayonun problemlərindən uzaq düşmüş, sakinlərin haqlı tələblərinə məhəl qoymamış, əhali arasında nüfuzdan düşüblər.

Mənbə: ANS PRESS

4 mart 2016
GO BACK