İslamı qəbul edərək türk iş adamı ilə ailə quran alman aktrisa bir müddət öncə doğulan əkizlərini üzə çıxarıb. ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər məşhur olan sarışın gözəl - Vilma Elles tanınmış jurnallardan birinin üz qabığına çəkilib.
Rol aldığı "Öyle bir geçer zaman ki" serialında canlandırdığı "Karolin" obrazı ilə məşhurlaşan Elles Melodi və Milatla obyektiv qarşısına keçib. Aktrisa əkiz analarına tövsiyyələr də verib. “Əkiz övladınız varsa, onların inkişafının da fərqli olacağını başa düşməlisiniz. Məsələn, biri oturmağı öyrənir, o biri danışmağı. Onları ayrı-ayrılıqda dəstəkləməlisiniz".
Elles üçüncü uşaqla bağlı da danışıb. Böyük ailələri sevdiyini deyən aktrisa hələlik bunun üçün çox erkən oduğunu deyib. "Qismət olsa, ən azı 5 il sonra". Doğuşdan qısa zaman sonra ideal bədən formasına qovuşan alman gözəl pəhriz saxlamadığını deyib.
O, formasını sağlam qidalanma ilə qoruduğunu deyib. Aktrisa 2014-cü ildə sürpriz bir şəkildə ailə qurub. İlk olaraq o İslam dinini qəbul edib. Bundan sonra iş adamı olan sevgilisi Kerem Göğüş ilə ailə qurub. Cütlüyün dini nikahı Bebekdəki lüks evlərində baş tutub. Mərasimdən sonra mətbuata yayılan fotoda Kerem Göğüş bəylik libasında, Vilma isə ağ geyimdə və başında duvağı ilə əks edilib. Aktrisa ilə iş adamının rəsmi nikahı və toyunun həmin ilin yay aylarında olacağı gözlənilirdi.