Qadin.NET / Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

 

Məşhur aktrisa vəfat etdi

Rusiyanın əməkdar artisti Natalya Kraçkovskaya vəfat edib.

 

ANS PRESS-in məlumatına görə, 78 yaşlı aktrisa Moskvanın 1-ci Qradskaya xəstəxanasında dünyasını dəyişib. Aktrisa fevralın 28-i ürəyindəki ağrılara görə reanimasiyaya yerləşdirilmişdi. Kraçkovskayanın vəziyyəti ağır qiymətləndirilirdi.Natalya Beloqorodseva (sonradan həyat yoldaşının soyadını götürüb)  1938-ci il noyabrın 24-ü aktyor ailəsində dünyaya gəlib. O, ümumilikdə 90 filmdə çəkilib. Aktrisa əsasən ikinci dərəcəli rollar ifa edib. Onun iştirakı ilə lentə alınan filmlər arasında ən məşhurları “İvan Vasilyeviç peşəsini dəyişir”, “12 stul”, “Bu şən planet”, “Pokrov darvazaları” kimi filmlər var.Amma əsl uğuru aktrisaya “12 stul” filmində canlandırdığı madam Qritsatsuyeva obrazı gətirib. Rejissor Leonid Qayday uzun müddət uyğun namizəd seçə bilmirdi. Aktrisa özü də filmdə çəkilməyə ilk dəfədən razılıq verməmişdi.

Mənbə: ANS PRESS

3 mart 2016
GO BACK