Qadin.NET / "Xalq istəsə, getməyə hazıram"

"Xalq istəsə, getməyə hazıram"

 

"Xalq istəsə, getməyə hazıram"

"Əgər xalq istəsə, istefaya getməyə hazıram". ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Prezident alman televiziyasına açıqlama verib. 

 

ARD TV-yə açıqlama verən Suriya prezidenti deyib ki, ölkəsinin rəhbərliyində kimin olacağı barədə söz haqqı əcnəbi dövlətlərə deyil, xalqa məxsusdur. O, xalqın istəməməsi halında bir gün belə vəzifədə qalmayacağını deyib. Əsəd qeyd edib ki, Suriya xalqı onun vəzifədən getməyini istəsə, bunu tərəddüdsüz edəcək. "Çünki heç bir məsul şəxs xalqın dəstəyini almadan uğur əldə edə bilməz". Prezident atəşkəsin başladığı gün (27 fevral) Suriya üçün tarixi bir gün olub-olmaması ilə bağlı suala da cavab verib. O, bunun tarixi gün sayılacağına ümid etdiyini deməklə kifayətlənib. Onun sözlərinə görə, Suriya ordusunun qarşısında 100-dən çox silahlı birləşmə var. Bu qrupları dəstəkləyən bir çox dövlətin olduğunu vurğulayıb. "Əslində atəşkəs razılaşması barədə danışıqlar uzun çəkməyib. Ən çox zamanı "terrorçuları dəstəkləyən dövlətlərin" bu qərara gəlmələri aparıb". B.Əsəd Suriyanın uzun zamandır ölkə daxilində bənzər anlaşmalar əldə etdiyini və bunların uğurlu olduğunu deyib.

Mənbə: ANS PRESS

3 mart 2016
GO BACK