Qadin.NET / Bu il Novruz möhtəşəm olacaq

Bu il Novruz möhtəşəm olacaq

 

Bu il Novruz möhtəşəm olacaq

Hər il olduğu kimi bu il də paytaxtda ənənəvi Novruz şənliyi  keçiriləcək. ANS PRESS-in məlumatına görə, tədbir martın 19-da olacaq. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Novruz şənliyi Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək.  Rəis müavini Novruz şənliyinin Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə həyata keçiriləcəyini qeyd etdi.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırlanan ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq.

 

“Novruz bayramının bu il də böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı imzalanıb, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqlar verilib”, - deyə mətbuat xidmətindən bildirildi.Hazırlıq işləri ilə bağlı  tədbir həyata keçirilib. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır.

Mənbə: ANS PRESS

3 mart 2016
GO BACK