Qadin.NET / Qətər Əmiri Azərbaycana gələcək

Qətər Əmiri Azərbaycana gələcək

Qətər Əmiri Azərbaycana gələcək
Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani martın 8-də Azərbaycana rəsmi səfərə gələcək. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunacaq. Səfər iki gün davam edəcək.Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaiti ötən ilin mart ayında Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşüb.Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayı.

Mənbə: ANS PRESS

3 mart 2016
GO BACK