Qadin.NET / Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?

Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?

 

Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?

Avrasiya uğrunda Rusiya və Qərb arasında gedən qarşıdurmanın keçmişi, bu günü və gələcəyini tədqiq edən beş hissəli araşdırmanın dördüncü hissəsini təqdim edirik. Birinci hissədə münaqişənin mənşəyi, ikinci hissədə Ukrayna, üçüncü hissədə isə Şərqi Avropadan bəhs edilib.

 

ABŞ-ın ən nüfuzlu siyasi araşdırma qurumlarından biri, "Kölgə MKİ-si" adlandırılan "Stratfor"un "The Caucasus: A Crucible for Eurasian Powers" (Qafqaz: Avrasiya qüvvələri üçün çətin sınaq") hesabatında bildirilir ki, Avropa və Asiya sərhədlərinin birləşdiyi yerdə Rusiya və Qərb arasında nisbətən yeni bir rəqabət obyekti yarandı: Qafqaz regionu. Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət olan Qafqaz regional qüvvələrlə əhatələnib. Sovet İttifaqının dağılmasından bu yana yaranan separatçı hərəkatlar Qafqaz ölkələrinin mübahisəli ərazilərdən dəstəyini əsirgəməyən Rusiyaya baxışının formalaşmasında xüsusi rol oynayıb.Növbəti onilliklərdə Türkiyə və İran kimi digər regional qüvvələr nüfuz uğrunda daha çox rəqabət apardıqca, Qafqaz da Rusiya və Qərb üçün döyüş meydanı olmağa davam edəcək. Gürcüstan, Ermənistan və Azərbaycanın seçdikləri tərəflərlə daha da yaxınlaşmaları ilə Qərb tərəfindən dəstəklənən müttəfiqliyin üstünlük qazandığı aydın görünür.

Mənbə: Milli.Az

3 mart 2016
GO BACK