Qadin.NET / Kadırov prezident postunda qalacaq?

Kadırov prezident postunda qalacaq?

Kadırov prezident postunda qalacaq?
Çeçenistan prezidenti Ramzan Kadırov öz postunda qala bilər.

Qafqazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, Kadırov Rusiya prezidentiVladimir Putindən vəzifə müddətinin uzadılması üçün icazə alaraq respublikanın rəhbərliyi uğrunda mübarizə aparacaq.Bu barədə prezident administrasiyası və respublika rəhbərliyinə yaxın olan 3 mənbə bildirib.Məlumata görə, Kadırov sentyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək.Xatırladaq ki, çeçen lider bir neçə gün öncə açıqlamasında prezident postundan getmək istədiyini bildirmişdi: "Prezident seçiləndən sonra respublikaya rəhbərlik etdiyimiz kimi vaxt gələndə o postu tərk etməyi də bacarmalıyıq".O, həmçinin bu mövzuda Vladimir Putinin istənilən qərarına da hörmət edəcəyini qeyd etmişdi

Mənbə: Milli.Az

3 mart 2016
GO BACK