Qadin.NET / Bakıdan Ohanyanın müharibə iddiasına cavab

Bakıdan Ohanyanın müharibə iddiasına cavab

 

Bakıdan Ohanyanın müharibə iddiasına cavab

"Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın, heç şübhəsiz, xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübut edir".

 

ANS PRESS-in məlumatına görə , bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır.Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla genişmiqyaslı müharibə haqqında danışıb. ANS PRESS-in məlumatına görə,  Ohanyan bu barədə erməni mətbuatına açıqlama verib.Müdafiə nazirinin sözlərinə görə, erməni ordusu hər gün müharibəyə hazırlaşır."Müharibənin yenidən başlaması Qarabağ münaqişəsinin erməni xalqı üçün nə qədər müqəddəs olmasından asılıdır”, - deyə Oanyan bildirib.

Mənbə: ANS PRESS

2 mart 2016
GO BACK