Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla genişmiqyaslı müharibə haqqında danışıb. ANS PRESS-in məlumatına görə, Ohanyan bu barədə erməni mətbuatına açıqlama verib.Müdafiə nazirinin sözlərinə görə, erməni ordusu hər gün müharibəyə hazırlaşır.
"Müharibənin yenidən başlaması Qarabağmünaqişəsinin erməni xalqı üçün nə qədər müqəddəs olmasından asılıdır”, - deyə Oanyan bildirib.Onun sözlərinə görə, müharibəyə hazır olmaq üçün Müdafiə Nazirliyi, Baş qərargah və və digər müvafiq qurumlar daim işlər görür işlər görür: "Amma yaranmış hərbi-siyasi vəziyyət, regional və beynəlxalq inkişaflar bu gün genişmiqyaslı müharibənin başlana biləcəyini göstərirmir. Biz bütün işlərimizi milli və beynəlxalq zəmanətlərin formalaşması yolu ilə edirik. Amma əgər hərbi manevrlər olacaqsa, biz vətənimizi qorumalı olacağıq".Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb. Həmçinin Ohanyan yenə sərsəm bəyanatlar yaymağa başlayıb.Keçən ay Ohanyan qondarma Dağlıq Qarabağ respublikasına səfər edib. O, qondarma respublikanın "prezidenti" Bako Saakyanla görüşüb. Görüşdə qondarma rejimin "müdafiə naziri" Levon Matsakanyan iştirak edib. Ümumilikdə son vaxtlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinin sayı artıb.
Mənbə: ANS PRESS