Qadin.NET / Rəsmi Ankaradan müharibə açıqlaması

Rəsmi Ankaradan müharibə açıqlaması

 

Rəsmi Ankaradan müharibə açıqlaması

Türkiyə müharibə etməyə həvəsli deyil, amma milli təhlükəsizliyini də düşünməlidir.” ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan “AFP”yə verdiyi müsahibədə deyib. Akdoğan milli təhlükəsizliyin ölkənin sərhəd qapılarında başlamadığını deyib.“Türkiyə daha bir əhatəli şəkildə sadəcə İŞİD problemi yox, Əsəd rejimi və bütün fiqurların da daxil olacağı formada nəticə əldə edəcək bir addım atılmasının vacib olduğunu fikirləşir. Amma burda hərəkata tək tərəfli qoşulmağı planlaşdırmayan Türkiyə macəraya atılacaq bir ölkə deyil. Daxili və xarici bir təhlükə hiss edəcəyi anda Türkiyə beynəlxalq konvensiyalar çərçivəsində özünü müdafiə edəcəkdir.”    YPG və PYD-nin terror təşkilatı PKK-nın bir hissəsi olduğunu deyən Yalçın Akdoğan Amerika Birləşmiş. Ştatlarının (ABŞ) bütün Suriya planlarını bu qruplaşma əsasında olmasının doğru yanaşma olmadığını bildirib.“Türkiyə sərhəddi ilə Azəz arasında 8-10 kilometrlik bir yerin tamamilə mülki əhali və qaçqınlarla əlaqəli bir yardım koridoru, təhlükəsiz bölgəyə çevrilməsi mühim əhəmiyyət kəsb edir. Burada mülki əhali var və bu yerıər onların məskunlaşdığı yertlərə çevrilib. Bu yer insanlara yardım zolağıdır. Bu anlayışın qəbul edilməsi çox əhəmiyyətlidir. Bu yerin üzərində uçuşların olmaması, əməliyyatların keçirilməməsi, bütün dünya ölkələrinin buna həssasiyyət göstərməsi lazımdır.”

 

Mənbə: ANS PRESS

2 mart 2016
GO BACK