Qadin.NET / Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq

Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq

 

Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq

Bu barədə Milli.Az-a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.

 

NİİM sözçüsü qeyd edib ki, taksiləri çıxmaq şərtilə paytaxtda bütün ictimai nəqliyyat vasitələrində ödənişi vahid kart sistemi ilə həyata keçirmək mümkün olacaq: "Nağdsız ödəniş sisteminə keçilməsi yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Lakin bu işi bir dəfəyə etmək mümkün olmayacaq. Vahid kart sisteminə keçid mərhələli şəkildə həyata keçiriləcək. Lakin "BakuBus"la yanaşı, çox yaxın zamanlarda artıq digər özəl fiziki və hüquqi şəxslərə məxsus bütün marşrutlar üzrə hərəkət edən bütün avtobuslarda vahid kartla ödəniş etmək mümkün olacaq".

Mənbə: Milli.Az

2 mart 2016
GO BACK