Qadin.NET / Dünyanın ən varlı adamı yenə odur

Dünyanın ən varlı adamı yenə odur

Dünyanın ən varlı adamı yenə odur
ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

Milli.Az APa-ya istinadən bildirir ki, "Forbes" jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.İkinci yerdə "Orteqo Inditex" şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə "Berkshire Hathaway" şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.İlk onluqda "Facebook"-un təsisçisi Mart Zukerberq, "Oracle" şirkətinin təsisçisi Larri Ellison, "Bloomberg" agentliyinin sahibi Maykl Blumberqin də adı var.Qeyd edək ki, "Forbes"-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.

Mənbə: Milli.Az

2 mart 2016
GO BACK