Qadin.NET / İstanbul derbisini "Fənərbaxça" qazanaraq zirvəni ələ keçirib

İstanbul derbisini "Fənərbaxça" qazanaraq zirvəni ələ keçirib

[center]İstanbul derbisini "Fənərbaxça" qazanaraq zirvəni ələ keçirib[/center]"Beşiktaş" vacib oyunda məğlub olub. ANS PRESS-in məlumatına görə, Türkiyə çempionatının 27-ci turunda İstanbul derbisi baş tutub. Turnir cədvəlində "Beşiktaş" ən yaxın izləyicisi "Fənərbaxça"nın qonağı olub.

Derbiyə erkən qolla başlayan ev sahibi matçın sonlarında vurduğu daha bir qolla “qara-qartallar”ın zirvədəki yerini ələ keçirib. Turun digər qarşılaşmasında "Başakşəhər" evdə "Kayserispor"u minimal hesabla məğlub edib. “Qalatasaray” isə  Avropa Liqasındakı məğlubiyətindən sonra  “Qaziantepspor” səfərindən də azarkeşləri məyus edib. “Aslanlar” quru hesabla ev sahibinə məğlub olub.  

Mənbə: ANS PRESS

1 mart 2016
GO BACK