Qadin.NET / Bu da yeni "iPhone"

Bu da yeni "iPhone"

Bu da yeni "iPhone"
"Apple"in yeni modelinin təqdim ediləcəyi tarix açıqlanıb. ANS PRESS-in məlumatına görə, şirkət müştərilərini Novruz bayramı günlərində - 22 martda sevindirəcək. "iPhone 5SE" bir neçə yeni "Apple" məhsulu ilə mart ayının 22-də tanıdılacaq. Əvvəlcə yeniliklərin martın 15-də təqdim ediləcəyi gözlənilirdi. Tədbir zamanı 4 düymlük "iPhone 5SE", yeni bir iPad və yeni "Apple Watch" nümayiş ediləcək.İndiyə qədər "iPhone 5SE" olaraq bilinən "iPhone"nun adının da dəyişə biləcəyi istisna edilmir. Belə ki, şirkət yeniliyin adındakı "5"in gərəksiz olduğunu düşünür. Bunun üçün də telefonun adı "iPhone SE" kimi qala bilər. Ehtimal ki, "SE" "special edition" (xüsusi buraxılış) sözlərindən götürülüb. Yeni telefonun özəlliklərinin əksəriyyətinin "iPhone 6" ilə eyni olacağı gözlənilir.  İddiaya görə, "iPhone 5SE" 8 meqapiksel arxa, 1.2 meqapiksel ön kamera ilə təhciz ediləcək. Yeni məhsulların martın sonu, aprel ayından satışa çıxarılacağı gözlənilir. Qiymət barədə rəsmi bir məlumat olmasa da smartfonun 450 dollar civarında satılacağı ehtimal edilir. 

Mənbə: ANS PRESS

 

1 mart 2016
GO BACK