1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti, diktor Sabir Ələsgərovun səhhəti kritikləşib. Bu barədə xalq artistinin qızı Mehriban Hüseynova ANS PRESS-ə məlumat verib. Atasının hələ də reanimasiyada olduğunu deyən Mehriban xanım atasının səhhətinin yaxşı olmadığını bildirib.“Atam yaxşı deyil. Dünən halı pisləşib. Həkimlər 2-3 günə düzələcəyini deyirlər. Analizlərin cavabları yaxşılığa doğru gedir. Amma indi beyin ilə əlaqədər problem yaranıb, ona görə də atamın vəziyyəti pis olub. Atamın böyrəkləri artıq müalicə olunub. Şükür, o problem aradan qalxıb. İndi isə gözlənilmədən beynində proqblem yaranıb, orqanizmi çox zəifləyib". Xalq artistinin qızı qeyd edib ki, hələlik atası ilə rəsmi qurumlardan maraqlanan, yardımla bağlı zəng edən də olmayıb. M.Hüseynova artıq xərcləri ödəməkdə çətinlik çəkdiyini, vəziyyətin ürəkaçan omadığını deyib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov ANS PRESS-ə açıqlamasında xalq artisti ilə maraqlanacaqlarını deməklə kifayətlənib. "Rəhbərliklə əlaqə saxlayıb, məlumat verəcəyəm". Xalq artisti Sabir Ələsgərovun böyrəklərində problem ötən həftə yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sosial şəbəkədə xalq artistinə maddi kömək göstərmək üçün kampaniya başlayıb.Diktorun qızı bildirib ki, atasının orqanizmindən zəhərli qanı təmizləmək lazımdır, bunun üçün isə müəyyən aparatlardan istifadə edilməlidir. "Günə 1000 manat lazımdır. Zəhərli qanın bədəndən neçə günə təmizlənəcəyini bilmirik. Həkim bu prosesin 4-5 və ya 17 gün davam edə biləcəyini deyir".M.Ələsgərova xalq artistinə maddi kömək etmək istəyənlərin 055-318-13-03, 050-550-08-71 nömrəli telefonla əlaqə saxlaya biləcəklərini deyib.
Mənbə: ANS PRESS