Qadin.NET / Dilqəm Əsgərov ermənilərə boyun əymədi

Dilqəm Əsgərov ermənilərə boyun əymədi

 

Dilqəm Əsgərov ermənilərə boyun əymədi

İşğal altındakı Kəlbəcər rayonu ərazisində girov götürülmüş və qanunsuz "məhkəmə"nin qərarı ilə ömürlük həbsə məhkum edilmiş azərbaycanlı Dilqəm Əsgərov separatçı rejimin rəhbərliyindən əfv istəməyib.  ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər verib.2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

Mənbə: ANS PRESS

1 mart 2016
GO BACK