Qadin.NET / Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin

Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin

 

Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin

Azərbaycanda hər ay yüzlərlə ailə ünvanlı sosial yardım alır. Bu yardım isə nəğd ödəniş formasında həyata keçirilir. Yəni müəyyən edilmiş vəsait ünvanlı sosial yardım alan şəxsin kartına köçürülür. Millət vəkili Hadı Rəcəbliyəgörə bu sistem kənd yerində yaşayan sakinlər üçün o qədərdə əlverişli deyil. Millət vəkilinin fikrincə nəğd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə məqsəd ələbaxımlılığın qarşısını almaqdır:“Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik.” - deyə Hadı Rəcəbli bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan  Banqladeş təcrübəsindən yararlanmalıdır.“Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür.” - deyə  millət vəkili əlavə edib. Millət vəkili Hadı Rəcəbli bundan əvvəl də ictimaiyyətdə bitmənalı qarşılanmayacaq açıqlamalarla çıxış etmişdi. 

 

Mənbə: ANS PRESS

1 mart 2016
GO BACK