Qadin.NET / Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq

Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq

 

Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq

Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək "Race" intellektual sistemini yaradırlar.Trend "Arab News" portalına istinadən xəbər verir ki, yeni sistem zəvvarlar Həcc ayinlərini yerinə yetirərkən izdihamın yaranmasına imkan verməyəcək.Səudiyyə Ərəbistanının Həcc və Ümrə mərasimlərində təhlükəsizliyin təmini üzrə Dövlət Direktorluğunun rəsmisi Bədr bin Səud bəyan edib ki, yeni sistem 50 kamera əsasında quraşdırılacaq interaktiv elektron platformadır. Bunun vasitəsilə məscidin təhlükəsizlik xidməti zəvvarların hərəkətlərini tənzimləyərək kompleksin istənilən nöqtəsində izdihamın yaranmamasına nail olacaq.Xatırladaq ki, 2014-cü ildə başlayan tikinti layihəsinə uyğun olaraq, Məscidül-Həram məscid-kompleksinin ərazisi 400 min kv.m-dək genişləndirilir. İnşaat işləri başa çatdıqdan sonra məscid eyni vaxtda 2,2 milyon zəvvarı qəbul edə biləcək.

 

Mənbə: Milli.Az

1 mart 2016
GO BACK