Qadin.NET / Həftədə 3 yumurta yesəniz bilirsiniz nə olacaq?

Həftədə 3 yumurta yesəniz bilirsiniz nə olacaq?

 

Həftədə 3 yumurta yesəniz bilirsiniz nə olacaq?

Artıq yağları əridir

 

Bədəninizdəki yağları əritməyə kömək edəcək. Araşdırmalar nəticəsində məlum olub ki, yumurta ilə qidalananların 65 faizi simitlə qidalananlara nisbətən daha az çox kilo verirlər.

Yumurta yeyənlərdə 16 faiz daha çox vücud yağı və bel genişliyində 34 faiz azalma müşahidə olunub.

Daha güclü sümüklər və dişlər

D vitamini sümük və diş sağlamlığı üçün faydalı qidadır. Tərkibində sümükləri möhkəmləndirən kalsium maddəsi vardır. Bu vitaminlərin də hamısı yumurtada cəmləşib.

Daha sağlam saç və cild

Yumurtanın tərkibində yüksək miqdarda B2, B5 və B12 vitaminləri var. B vitamini cild, qara ciyər və saçlar üçün çox xeyirlidir. B vitamini eyni zamanda sinir sisteminin normal fəaliyyətini təmin edir.

Yüksək enerjinizi təmin edir

Gün ərzində sadəcə 1 yumurta yemək günlük B2 vitamini ehtiyacınızın 15 faizini təmin edir. Bu da gün ərzində daha güclü, sağlam, enerjili olmağınıza səbəb olur.

Stresi azaldır

Yumurtanın tərkibində sağlamlığa xeyirli olan 9 növ amin turşuları vardır. Bu maddələr zehninizə də müsbət təsir göstərir. Yumurta stresinizi azaldır, xoşbəxtlik hormonları bəxş edir.

Proteinlə zəngindir

Yumurtanın tərkibində digər qidalara nisbətən daha çox protein vardır. Bu proteinlər uzun müddət tox qalmağınızı təmin edir, aclıq hissinizi azaldır.

Ürək xəstəliyi riskini azaldır

Yumurta xeyirli qidadır. Orqanizminizin kolesterol səviyyəsi yüksəldiyi zaman mənfi kolesterol parçalarının fəaliyyəti artır. Bu da ürək xəstəliyinə səbəb olur. Yumurta ürək sağlamlığınızı təmin edir.

Mənbə: Milli.Az

1 mart 2016
GO BACK