Qadin.NET / Xalq artistinin səhhəti ilə bağlı SON DURUM

Xalq artistinin səhhəti ilə bağlı SON DURUM

Xalq artistinin səhhəti ilə bağlı SON DURUM
1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhətində irəliləyişlər var.

Milli.Az bildirir ki, bu barədə Publika.Az-a diktorun qızı Mehriban Hüseynova məlumat verib.Atasının hələ də reanimasiyada olduğunu deyən Mehriban xanım həkimlərin qərarını gözlədiklərini bildirib:"Artıq analizlərin cavabı bəllidir. Həkimlər bu nəticələrə əsasən, atamın səhhətinin getdikcə yaxşılaşacağını deyiblər. Amma təzyiqi hələ də aşağıdır, özünü halsız hiss edir. Bir neçə gündür ki, yemək də yemir. Bu səbəbdən həkimlər onun reanimasiyada qalmasına qərar verib. Palataya nə vaxt keçiriləcəyi bəlli deyil".

Xalq artistinin qızı Sabir Ələsgərovun üzərində kiçik əməliyyat aparıldığını da əlavə edib:
"Atamın ömürlük dializə qoşulmaq təhlükəsi vardı. Lakin həkimlərin etdiyi kiçik əməliyyat nəticəsində bu problemdən qurtuldu. Səhhətində yaranan digər problemlər həll olunsa, hər şey yaxşı olacaq. Həkimlər sağ olsun, atama son dərəcə qayğı ilə yanaşırlar".

Mənbə: Milli.Az

 

29 fevral 2016
GO BACK